Mobil Satış

Satış komandalarınızın sahədəki android və windows əməliyyat sistemlərinə sahib əl terminalları,

telefon, planşet ilə bütün əməliyatlarına nəzarət və idarə etmək imkanı. Bu şəkildə, mobil satış tətbiqindən bir çox fərqli əməliyyatı yerinə yetirmə fürsəti ilə yanaşı satış səmərəliliyinizi artırarkən müştəri tələblərini ən yaxşı şəkildə

qarşılaya bilərsiniz.

Mobil sahə satış tətbiqi ilə ərazidə çalışan personalızın bütün sahə əməliyyatlarını inteqrasiya olunmuş şəkildə həyata keçirə bilərsiniz.


Stok Əməliyyatları

Məhsullarınızı böyük rəqəmsal kataloqda olduğunu düşünün.Məhsullara şəkillər yerləşdirə, verilmiş icazələrə görə , alış qimətlərinə, yerləşdiyi məkana və anbara əsaslanan inventarlara baxa, həmçinin məhsulla bağlı işlənmiş sənədləri izləyə bilərsiniz.Lokasiyaya uyğun isti-soyuq satış.Sifariş, alış, satış, əmanət, transfer, sayım, işlərinizi görə bilərsiniz.

Cari Əməliyyatları

Cari əməliyyatlarda siz, fakturaları, sifarişləri, əmanətləri və ödəniş sənədlərini emal edə, yeni müştərilər yarada və redaktə edə bilərsiniz. Eyni zamanda, siz cari hərkətlərinə onlayn və oflayn olaraq ətraflı və icmal şəklində baxa bilərsiniz.Müştəri məkan məlumatını qeyd edib, komanda heyyətiniz naviqasiyadan cari məkanlara marşrut tərtib edib, ziyarət, rut əməliyyatlarını asanlıqla yerinə yetirə bilər.

Faktura Əməliyyatları

Siz alqı-satqı qaiməsi, alqı-satqıdan geri qaytarma kimi sənədlər yarada, həmçinin mobil cihazınızda bluetooth-a qoşulmuş printerlərinizdən şirkətə məxsus şablonları və fərdiləşdirilmiş sənədləri çap edə bilərsiniz.Qaimələrə real zamanda mərkəzdən alınan qiymətlər müştəri, müştəri qrupu, məhsul, kampaniyalara, müqavilərərə görə avtomatik alınır.

Sifariş Əməliyyatları

Bu növ sənəddə verilmiş və qəbul edilmiş sifariş sənədlərini tərtib edə, həmçinin mobil cihazınızda bluetooth-a qoşulmuş printerlərinizdən şirkətə aid şablonlarınızı və fərdiləşdirilmiş sənədlərinizi çap edəbilərsiniz. Təsdiqlənməmiş alınan və ya verilən sifarişlərinizi təsdiqləyib, qaimələşdirmə, çatdırılma müddətlərlərinə nəzarət edə bilərsiniz.

Mobil satış həlli ilə səyyar satışlarınızı sürətləndirin.


Təklif, Əmanət Əməliyyatları

Təklif, əmanət əməliyyatlarında veriləcək və alınacaq təklifləri əmanətləri yarada bilər mobil cihanızdan firmanınıza özəl şablonlarla çap edə, təsdiqlənməmiş təkliflərin təsdiqlənməsini, qaimələşdirilməsini asanlıqla edə bilərsiniz.

Çatdırılma

Əməliyyatları

Alınan sifarişlərinizi toplayıb, qaimələşdirib işlərinizi rahatlıqla planlaşdıra və reallaşdıra bilərsiniz. Bütün anbarlarınızın sayımına nəzarət edib uyğun gördüyünüz lokasiyalarda çatdırılımaları təşkil edin.


İş

Planlama

Firmanız daxilində görüləcək görüş, zəng, sifariş , satış kimi işlərinizi mobil tətbiqdəki təqvimdə yarada, zamanlarına görə planlaşdıra, tapşırıqlar verib heyyət üzvlərinizlə paylaşa bilərsiniz.

SMS

Məlumatlandırma

Satış təmsilşçilərinin, sahədə gördüyü satış, ödəmə kimi əməliyyatlarından sonra mərkəzdən avtomatik olaraq müştərilərinizin son əməliyyat və yekun borc haqda məlumatlandırılması.

Sənəd və etiket çap etmə

Müştərilərərə təqdim edilən qaimə, sifariş, ödəniş, təklif kimi bütün sənədləri habelə məhsulları siyahıdan seçib və ya barkod oxudaraq etiketlərini cihazınıza bağlı printerdən çap edə bilərsiniz.

Anbarlar arası transfer

İstifadənizdə olan avtomobildən fərqli lokasiyalara, anbarlara göndəriş edə bilərsiniz.Bağlı olduğunuz lokasiyaya gələn transferləri təsdiqlə və ya təsdiqsiz qəbul edə bilərsiniz.

Hesabatlar

Mobil satış tətbiqindən müştərilənizdən alınmış ödənişlərin ,xərc əməliyyatları , gündəlik görülmüş işlər, gözləyən sifarişlər müştəri hərəkətləri, kimi bir çox hesabatları ala bilərsiniz.

Sayım əməliyyatları

Səyyar satış həlli ilə avtomobildə və yaxud bir kliklə, məhsulları avtomobildən birbaşa anbar rəflərinə asanlıqla yükləyib, sayım əməliyyatrınızı apara bilərsiniz.

Təcrübəli heyyətimiz ilə əlaqə saxlayın daha ətraflı məlumat alın.