Anbar avtomatlaşdırması və idarəçiliyində topdan, pərakəndə satış sahəsində faəliyyət göstərən bir biznesin məhsul təchizatının, satışının asanlaşdırılması, minimum insan xətası ilə sürətli bir şəkildə idarəetmənin, nəzarətin və inteqrasiyanın bir vəhdət olaraq təmin edilməsi vacibdir.
Yenilənmiş barkod sisteminə adaptasiya olduqdan sonra biznes əməliyyatları daha səmərəli və sürətli hal alır.
Vahid nöqtədən idarə olunma xüsusiyyəti ilə alışdan, etiketlənməyə, çıxışa qədər olan proseslər optimallaşdırılır.
Anbarda və işçi qüvvəsinin idarə edilməsində xərclərin azaldılması ilə bərabər məhsul israfı minimuma endirilir.
Satış əməliyyatlarınızın ətraflı analizi sizə daha sərfəli satış strategiyaları hazırlamağa kömək edir.
Yetərsiz və ya həddindən artıq yığılmış məhsullar kimi problemlə qarşılaşmayın
Anbar proqramı sayəsində insan xətaları minimuma endirilir,
nəticədə xidmət keyfiyyətinin artması ilə müştəri məmnuniyyəti təmin olunmuş olur.
Anbarınızdakı məhsul giriş və çıxışlarınızı daha effektiv idarə etmək üçün istifadəçiyə əsaslanan avtorizasiya (icazələndirmə) etməklə iş prosesləriniz strukturlu bir hal alır.
Anbar və stok əməliyyatlarınızı daha sürətli
formada idarə etmək üçün android və windows əməliyyat sisteminə sahib əl
terminallarını istifadə edə bilərsiz.
Ehtiyaclar, mövsümi və dövri
amillər ilə dəyişən sifariş həcminin artımına, azalmasına asanlıqla adaptasiya olunur.
Geniş və ətraflı hesabatlara daxil olmadan, əlavə heç bir əlavə pəncərə açmadan müştəri, məhsul hərəkətlərini vahid ekrandan izləmə.
Anbara daxil olan bütün məhsullar, real vaxt rejimində izlənilir.İş gününün sonunda insan tərəfindən edilən səhvlər minimuma endirilmiş olur.
İstehsalatdan, sifariş qəbuluna, qaimələşdirmə, çatdırılmaya qədər olan proseslər anbarın avtomatlaşdırılması vasitəsi ilə sürətlənir.